SON XƏBƏRLƏR

Qərbi Azərbaycan valisi: Tikan Təpə mədənlərindən 2000 kiloqramdan çox qızıl çıxarılıb

2025.03.20, 12:14
Qərbi Azərbaycan valisi: Tikan Təpə mədənlərindən 2000 kiloqramdan çox qızıl çıxarılıb

Qərbi Azərbaycan valisi Rza Rəhmani Tikan Təpə qızıl mədənlərinin talan edilməsini və şəhərin ağır məhrumiyyətlərə məruz qaldığını etiraf edib

Gunaz.tv

"Tikantəpə mədənlərindən 2000 kiloqramdan çox qızıl çıxarılıb, ancaq biz buəyalətin hələ də yoxsulluq içində olduğunu görürük. Əyalətdə 18 qızıl sahəsi var və bəlkə də bu mədənlərdən 50 tondan çox qızıl çıxarmaq olar. Qərbi Azərbaycan faydalı qazıntı ehtiyatlarına görə ölkədə 6-cı, müxtəlifliyə görə isə üçüncü yerdədir." - deyə Rza Rəhman bildirib.

Bu mədənlərin Tehran tərəfindən talan edilməsinə, Azərbaycan xalqının bu mədənlərin qazancından məhrum edilməsinə və mədənçilərin törətdiyi geniş ekoloji fəlakətə baxmayaraq, Rza Rəhmani Qərbi Azərbaycanda mədən işlərinin artırılmasına çağırış edib.

Qeyd edək ki, Yaxın Şərqin ən böyük qızıl mədənləri olan Zərəşoran və Ağdərə qızıl mədənləri Azərbaycanın Tikantəpə şəhərində yerləşir və bu şəhərdə 80-dən çox daş mədəni fəaliyyət göstərir. Lakin bu zəngin ehtiyatlara baxmayaraq, Tikantəpə ölkənin 31 ən kasıb şəhəri sırasındadır.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar