SON XƏBƏRLƏR

Pezeşkian: Urmu gölünün bərpası üçün mütəxəssislərdən istifadə edirik

2025.03.25, 19:11
Pezeşkian: Urmu gölünün bərpası üçün mütəxəssislərdən istifadə edirik

Urmu gölünün bərpası üçün mütəxəssislərdən istifadə edirik.

Gunaz.tv

Bunu bu gün Urmu gölünü ziyarət edən İran Prezidenti Məsud Pezeşkian deyib.

“Gölün vəziyyətini yaxşılaşdırmaq üçün universitet professorlarının, tədqiqatçılarının və mütəxəssislərinin dəstəyindən və köməyindən istifadə etməyə çalışırıq. Yağışlar Urmu gölünün vəziyyətinin yaxşılaşdırılmasında çox mühüm rol oynayır”, - Pezeşkian söyləyib.

O, yağıntıların artmasının gölün canlanmasına kömək edəcəyinə ümidvar olduğunu bildirib.

İran rəsmiləri illərdir Urmu gölünün bərpa ediləcəyinə dair vədlər versələr də onların dedikləri nəticəsiz qalıb.

Qeyd edək ki, Urmu gölünün minimum ekoloji su həcmi 15 milyard kubmetr, maksimum ekoloji su həcmi isə 30 milyard kubmetr, minimum ekoloji sahəsi isə 4635 kvadrat kilometr olmalıdır.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar