Bu barədə insan haları təşkilatları məlumat yayıb.
Üzərində "edama yox", "edam hökmlərinin icrasını dayandırın" şüarları yazılmış plakarlar qaldıran etirazçılar, insan haqları təşkilatlarından yardım istəyiblər.
Bu aksiya ilə eyni vaxtda İranın 38 həbsxanasında saxlanılan onlarla siyasi məhbus edam hökmlərinin dayandırılması tələbi ilə aclıq aksiyasına əl atıb.
Qeyd edək ki, İranın müxtəlif bölgələrində 54 nəfər siyasi və təhlükəsizlik ittihamlarına görə edama məhkum edilib.
Bununla yanaşı siyasi ittihamlara görə həbs edilən daha bir neçə nəfərin də barəsində edam hökmünün çıxarılacağı gözlənilir.
GünazTV