SON XƏBƏRLƏR

Azərbaycanlı ata: Vətəndaşlıq Vəziyyəti Qeydiyyatı İdarəsi qızımın adını “Sevgi” əvəzinə zorla “Sogi” kimi qeyd edib

2025.04.01, 11:14
Azərbaycanlı ata: Vətəndaşlıq Vəziyyəti Qeydiyyatı İdarəsi qızımın adını “Sevgi” əvəzinə zorla “Sogi” kimi qeyd edib

Təbriz Vətəndaş Vəziyyəti Qeydiyyatı Şöbəsinin rəsmiləri Güney Azərbaycanlı uşağın adını onun doğum haqqında şəhadətnaməsinə "Sevgi" əvəzinə heç bir mənası və əhəmiyyəti olmayan “Sogi” şəklində qeyd ediblər.

Gunaz.tv

Bu barədə uşağın atası Balamın Adı kampaniyasına danışıb.

"Qızımız 22 mart 2025-cü ildə anadan olub. Biz onun üçün `Sevgi` adını seçmişdik. Doğum haqqında şəhadətnamə almaq üçün müraciət edəndə Təbrizin vətəndaşlıq qeydiyyatı məmurları `Sevgi` adına həmzə hərfi ilə doğum şəhadətnamə verə bilməyəcəklərini, çünki sistemin bu hərf ilə olan adları qəbul etmədiyini bildirdilər. Başqalarının təcrübələrinə əsaslanaraq, bu problemin yaranacağını bilirdim, ona görə də bir neçə aydır ki, bu məsələni izləyirdim və şikayət etməli olduğumu bilirdim. Ancaq valideynlər yalnız körpə doğulduqdan və qeydiyyat şöbəsi ada etiraz etdikdən sonra şikayət üçün müraciət edə bilərlər. Həyat yoldaşım işlədiyindən və körpənin doğum haqqında şəhadətnaməsi olmadan 9 ay analıq məzuniyyətinə çıxa bilmədiyindən, bu çətinliyi aşmaq üçün hələlik `Sogi` adı ilə doğum haqqında şəhadətnamə almalı alduq." - deyə Sevginin atası bildirib.

Qeyd edək ki, "Sevgi", "Elman", "Elşən" kimi samitli türk adları Vətəndaşlıq Qeydiyyatı Təşkilatı sistemində “seçilə bilməz” kimi göstərilir və bu adlar üçün doğum şəhadətnaməsi verilmir, "Fizə", "Faiqə", "Maidə" və s samitli türk olmayan adlar isə bu sistemdə heç bir problem olmadan “icazə verilmiş” adlar kimi göstərilir və bu adlar üçün doğum şəhadətnaməsi verilir.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar