SON XƏBƏRLƏR

İrana bağlı radikallarr Nigeriyada iğtişaş törətdi- Ölənlər var

2025.04.01, 15:33
İrana bağlı radikallarr Nigeriyada iğtişaş törətdi- Ölənlər var

İrana bağlı radikal şiyə qruplaşmasının üzvlərinin Nigeriyanın paytaxtı Abucada "Qüds günü" adı altında İsrailə qarşı keçirdikləri aksiya qarşıdurma ilə nəticələnib.

Gunaz.tv

Bu barədə Fransa xəbər agentliyi məlumat yayıb.

"Nigeriya İslam Hərəkatı" üzvlərinin polis qüvvələrinə hücumu nəticəsində baş verən qarşıdurma zamanı 11 mülki şəxs və 1 polis əməkdaşı həlak olub.

Qeyd edək ki, Nigeriyada islam dövlətinin qurulmasını tələb edən "Nigeriya İslam Hərəkatı"nın fəaliyyətinə 2019-cü ildə qadağa qoyulub.

Hərəkatın başçısı, bundan əvvəl terrorçuluq ittihamına görə həbs olunan İbrahim Zəkzaki İran rəhbəri Əli Xaməneinin Afrikadakı nümayəndələrindən sayılır.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar