SON XƏBƏRLƏR

ABŞ Hərbi Hava Qüvvələri Yəməni bombaladı

2025.04.03, 12:23
ABŞ Hərbi Hava Qüvvələri Yəməni bombaladı

ABŞ Hərbi Hava Qüvvələri Yəmənin paytaxtı Səna da daxil olmaqla 3 vilayətə zərbələr endirib.

Gunaz.tv

GünazTV Musavat.com-a istinadən xəbər verir ki, zərbələr paytaxtın 15 km şimalında yerləşən "Əl-Daylami" bazasında silah anbarlarına və husilərə məxsus digər hərbi obyektlərə endirilib.

Hücumlar həmçinin Saada bölgəsində (bunker bombaları ilə 12 hücum), Hudeyda bölgəsində (Ras-İssa ərazisi) və Abb bölgəsində (kommunikasiya şəbəkələri və rabitə qüllələri dağıdılıb) həyata keçirilib.

Yəmən Səhiyyə Nazirliyinin məlumatına görə, son 24 saat ərzində ABŞ-ın hücumları nəticəsində 5 nəfər həlak olub, 5 nəfər yaralanıb.

 

 

Ş.E

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar