SON XƏBƏRLƏR

Rusiyaya dron hücumu - 49 dron məhv edildi

2025.04.05, 11:35
Rusiyaya dron hücumu - 49 dron məhv edildi

Rusiyanın 9 regionu üzərində Ukrayna Silahlı Qüvvələrinə məxsus 49 pilotsuz uçuş aparatı (PUA) məhv edilib.

Gunaz.tv

GünazTV Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, dronlardan 16-sı Voronej, 14-ü isə Belqorod vilayətlərində zərərsizləşdirilib. Kursk və Samarada isə 6 PUA məhv edilib.

Mordoviya Respublikasında isə 3 pilotsuz aparat vurulub. Sözügedən bölgədə PUA hücumu nəticəsində ərazidə yerləşən sənaye müəssisələrindən birində yanğın baş verib, lakin xəsarət alan olmayıb.

 

 

Ş.E

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar