SON XƏBƏRLƏR

Vaşinqton Tehrana qarşı güc tətbiqindən imtina etməlidir - Əraqçi

2025.04.09, 10:46
Vaşinqton Tehrana qarşı güc tətbiqindən imtina etməlidir - Əraqçi

Vaşinqton Tehrana qarşı güc tətbiq etmək imkanından imtina etməlidir.

Gunaz.tv

Bu barədə İranın xarici işlər nazir Abbas Əraqçi “The Washington Post” qəzetinin saytında dərc olunmuş məqaləsində bildirib.

Tehran və Vaşinqton arasında aprelin 12-də Omanda keçirilmiş danışıqları şərh edən Əraqçi qeyd edib ki, İran sazişin bağlanması məqsədilə ciddi qarşılıqlı əlaqəyə hazırdır. Bununla yanaşı, o vurğulayıb ki, ABŞ və İran arasında birbaşa olmayan qarşılıqlı əlaqə formatı əhəmiyyətli etimadsızlıq və niyyətlərin səmimiliyinə şübhələrlə izah olunur: 

“Bu, Amerikanın İrana qarşı maksimum təzyiq siyasətini bərpa etməsi ilə daha da güclənib. Bu gün irəli getmək üçün ilk növbədə hərbi variantın və daha da çox "hərbi həllin" ola bilməyəcəyi barədə razılığa gəlmək lazımdır. Amerika Prezident Donald Tramp aşkar şəkildə bu reallığı qəbul edir və Rusiya – Ukrayna müharibəsinin başa çatması üçün ilk addım kimi atəşkəsə çağırır".

O, İranın diplomatiyaya üstünlük verdiyini, ancaq özünü necə müdafiə edəcəyini də bildiyini söyləyib:

“Əgər bizə hörmətlə yanaşsalar, biz də eyni şəkildə cavab verəcəyik".

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar