SON XƏBƏRLƏR

İran rəsmisi: Ermənistanla strateji sənəd imzalamalıyıq

2025.04.14, 15:51
İran rəsmisi: Ermənistanla strateji sənəd imzalamalıyıq

İran və Ermənistan səylərini strateji münasibətlərə dair sənədin imzalanmasına yönəltməlidir.

Gunaz.tv

GünazTV Teleqraf-a istinadla xəbər verir ki, bunu İran xarici işlər nazirinin birinci müavini Məcid Təxt Rəvançi deyib.

İki ölkə arasında strateji münasibətlərlə bağlı sənədin imzalanmasının mümkün olub-olmaması ilə bağlı sualı iranlı diplomat belə cavablandırıb:

“Niyə olmasın? Hesab edirik ki, biz səylərimizi bu istiqamətə yönəltməliyik və bu tendensiya var, hər iki tərəf bu sənədə doğru irəliləməyə maraq göstərir. Düşünürəm ki, hər iki tərəfin strateji münasibətlərə malik olması üçün daha yaxşı əsas ola biləcək yaxşı bir sənəd üzərində işləməliyik. Yaxşı bir sənəd hazırlamaq üçün vaxt lazım ola bilər, amma hesab edirəm ki, hər iki tərəf öz maraqlarını göstərdikcə, bu məqsədə çatmaq üçün daha çox çalışmalıyıq”.

 

 

Ş.E

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar