SON XƏBƏRLƏR

Tramp Rusiya gəmilərinin Amerika limanlarına girişinə icazə vermədi

2025.04.17, 10:55
Tramp Rusiya gəmilərinin Amerika limanlarına girişinə icazə vermədi

Amerika prezidenti Donald Tramp Rusiya bayrağı altında üzən və ya başqa şəkildə Rusiya Federasiyası ilə əlaqəli olan gəmilərin Amerika limanlarına qəbuluna qoyulan qadağanın müddətini daha bir il uzadıb.

Gunaz.tv

GünazTV Musavat.com xəbər verir ki, məlumat Ağ Evin Amerika Federal Reyestrində yerləşdirilmiş sənəddə əksini tapır.

Trampın imzaladığı sənəddə Rusiya Federasiyasına münasibətdə milli fövqəladə vəziyyət rejimini və Rusiyaya aid gəmilərin Birləşmiş Ştatların limanlarında yanalmasını və hərəkətini tənzimləmək üçün 10371 saylı Bəyannamədə təsbit olunmuş fövqəladə hallar səlahiyyətlərinin bir il müddətinə uzadıldığı qeyd olunur.

 

 

Ş.E

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar