SON XƏBƏRLƏR

Ukrayna səfiri: Azərbaycan münaqişənin ilk günündən Ukraynanı dəstəkləyir

2025.04.24, 13:07
Ukrayna səfiri: Azərbaycan münaqişənin ilk günündən Ukraynanı dəstəkləyir

Azərbaycan münaqişənin ilk günündən Ukraynanı dəstəkləyir.

Gunaz.tv

GünazTV Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycadaki səfiri Yuriy Qusev bildirib.

Səfir Azərbaycanın münaqişənin həllində Azərbaycanın rolundan danışıb: "Azərbaycanın davamlı dəstəyi sayəsində biz beynəlxalq hüquq normalarına və prinsiplərinə sadiqliyi, humanitar təşəbbüsləri yüksək qiymətləndiririk. Bu, qlobal çağırışlara məsuliyyətli yanaşmanın nümunəsidir və diplomatiyanın həqiqi mahiyyətinin sülh naminə fəaliyyət göstərməyin göstəricisidir".

Y. Qusev Ukraynanın ərazi bütövlüyünü və suverenliyini mövqeyini dəstəklədiyinə, tammiqyaslı Rusiya işğalının ilk günlərindən başlayaraq xalqımıza göstərilən humanitar yardıma görə Azərbaycan rəhbərliyinə və xalqına xüsusi minnətdarlığını ifadə edib: "Bu həmrəylik və yardımlar bizim üçün böyük əhəmiyyət daşıyır".

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar