SON XƏBƏRLƏR

KİV: Nəhayət, Tramp əsas maneənin Rusiya olduğunu gördü

2025.04.25, 12:59
KİV: Nəhayət, Tramp əsas maneənin Rusiya olduğunu gördü

"Aylarla Ukraynaya sülh sazişi imzalamaq üçün təzyiq edən ABŞ Prezidenti Donald Tramp, nəhayət, müharibəni dayandırmaq üçün əsas maneəni Rusiyanın simasında gördü. Amma o, hələlik Moskvanı güzəştə getməyə sövq etmək istəyini nümayiş etdirməyib".

Gunaz.tv

GünazTV Teleqraf-a istinadla xəbər verir ki, bu barədə “Wall Street Journal” (WSJ) yazır.

Nəşr bildirir ki, Trampın söz verdikdən sonra döyüşləri dayandıra bilməməsi onu məyus edib və durğunlaşdırıb:

“Trampın köməkçiləri deyirlər ki, o, son vaxtlar Putinin daha çox çeviklik nümayiş etdirməməsindən təəccüblənib və qıcıqlanıb”.

Həmçinin Tramp əvvəlki kimi Putinə zidd fikirlər söyləmək üçün o qədər də həvəs göstərmir. WSJ yazır ki, onun sülh razılaşmasına vasitəçilik edə biləcəyinə inamı Rusiya prezidentinə heyranlığına əsaslanır. Tramp iddia edir ki, Kreml sülh istəyir.

Kreml də Trampı incitməkdən qorxur, amma Ukraynada qələbə qazanmaq istəyi bu qorxuları üstələyir.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar