SON XƏBƏRLƏR

Amerika-İran danışıqların üçüncü raundu: Plan açıqlandı

2025.04.26, 11:56
Amerika-İran danışıqların üçüncü raundu: Plan açıqlandı

Amerika və İran arasında İranın nüvə proqramı ilə bağlı yaranmış gərginliyin aradan qaldırılması məqsədilə danışıqların növbəti üçüncü raundu keçiriləcək.

Gunaz.tv

GünazTV Teleqraf-a istinadla xəbər verir ki, tərəflər əvvəlcə texniki səviyyədə məsləhətləşmələr aparacaq, daha sonra isə yüksək səviyyəli siyasi danışıqlara keçəcəklər.

Danışıqlara ev sahibliyini bu dəfə də Oman edir. Oman əvvəlki iki raundda da vasitəçilik rolu oynayıb və danışıqlar bu ölkənin təşəbbüsü ilə baş tutub.

Siyasi danışıqlarda İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçi, Amerika nümayəndə heyətinə isə Prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff rəhbərlik edəcək.

Texniki məsləhətləşmələrdə Amerika tərəfinin nümayəndə heyətinə Dövlət Departamentinin siyasi planlaşdırma direktoru Maykl Enton başçılıq edəcək.

İran tərəfini isə xarici işlər nazirinin müavinləri Məcid Taxt-Ravançi və Kazim Qaribabadi təmsil edəcəklər.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar