SON XƏBƏRLƏR

Əli Babayi Təbriz İnqilab Məhkəməsi qarşısında həbs edilib - YENİLƏNİB

2025.04.29, 10:53
Əli Babayi Təbriz İnqilab Məhkəməsi qarşısında həbs edilib - YENİLƏNİB

Güney Azərbaycanlı milli fəal Əli Babayi Təbriz zindanına köçürülərkən onun ayağına qandal vurulub.

Gunaz.tv

Yayılan məlumatlara görə, Güney Azərbaycandan olan milli fəal Əli Babayi 26 april 2025-ci il şənbə günüTəbriz İnqilab Məhkəməsinin ikinci şöbəsinə gedərkən prokurorlar və məhkəmə işçilərinin qanunsuz və pozucu davranışları ilə üzləşib.

Bu milli fəala yaxın mənbələrin bildirdiyinə görə, Babayi bütün hüquqi prosedurları tamamlamasına baxmayaraq, onun işinə baxılmasında qəsdən yubanma yaşanıb. Bu da girov mübadilə inzibati prosesinin başa çatmaması ilə nəticələnib. Nəticədə o, müvəqqəti olaraq saxlanılaraq Təbriz Mərkəzi Həbsxanasına köçürülüb. Qeyd edək ki, Əli Babayi İnqilab Məhkəməsinin ikinci şöbəsinə ayağı qandallı olaraq gətirilib. Bir çox insan haqları fəalları bunu ləyaqətin alçaldılması və insan haqlarının pozulması kimi qiymətləndirib.

Hələlik Əli Babayi ilə bağlı işin yekun nəticəsi və məhkəmə qərarı barədə əlavə məlumat yoxdur.

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar