SON XƏBƏRLƏR

İran XİN başçısı Amerika ilə danışıqlar üçün Omana getdi

2025.05.11, 14:28
İran XİN başçısı Amerika ilə danışıqlar üçün Omana getdi

İranın xarici işlər naziri Abbas Əraqçi Tehranın nüvə proqramı ilə bağlı böhranı həll etmək məqsədilə Amerika nümayəndələri ilə dolayı danışıqların dördüncü raundu üçün Omana gedib.

Gunaz.tv

GünazTV Teleqraf-a istinadla xəbər verir ki, Bunu Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayi bildirib.

Qeyd edək ki, Amerika və İran Omanın vasitəçiliyi ilə üç raund danışıqlar aparıb. Birinci raund aprelin 12-də Maskatda, ikinci raund aprelin 19-da Romada, üçüncü raund isə aprelin 26-da yenidən Omanın paytaxtında baş tutub. Danışıqlarda İran nümayəndə heyətinə Əraqçi, Amerika nümayəndə heyətinə isə prezidentin xüsusi nümayəndəsi Stiven Vitkoff başçılıq edir.

Dördüncü raund əvvəlcə mayın 3-nə təyin edilmişdi. Omanın xarici işlər naziri Bədr əl-Busaidinin daha əvvəl bildirdiyi kimi, növbəti görüş “loqistik səbəblərə görə” təxirə salınıb. İranın Aİ-3 ölkələri Böyük Britaniya, Almaniya və Fransa ilə mayın 2-nə planlaşdırılan məsləhətləşmələri də baş tutmayıb.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar