SON XƏBƏRLƏR

İranlı millət vəkili Əli Xameneyini İranın nüvə silahı doktrinasına yenidən baxmağa çağırıb

2025.05.12, 11:41
İranlı millət vəkili Əli Xameneyini İranın nüvə silahı doktrinasına yenidən baxmağa çağırıb

İranlı millət vəkili Əli Xameneyini Amerika ilə danışıqların sanksiyaların yüngülləşdirilməsinə səbəb olmadığı təqdirdə İranın nüvə silahı doktrinasına yenidən baxmağa çağırıb.

Gunaz.tv

Bu barədə Nadirqulu İbrahimi danışıb.

“Danışıqlar sanksiyaların ləğvi ilə nəticələnərsə, davam etmək olar. Əks halda, biz danışıqların dayandırılmasını və Rəhbərdən İranın nüvə silahı doktrinasına yenidən baxılmasını tələb edirik.” - deyə o bildirib.

İbrahimi Amerika ilə danışıqlara etiba edilməməli olduğu fikrini irəli sürüb.

“Amerika əlində gül tutsa belə, o, bizim düşmənimizdir." - deyə o fikirlərinə əlavə edib.

 

- Cəfər Cəfərli

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar