SON XƏBƏRLƏR

İralı millətvəkili Amerika gəmilərinə sanksiyalar tətbiq etməyi təklif edib

2025.05.12, 11:49
İralı millətvəkili Amerika gəmilərinə sanksiyalar tətbiq etməyi təklif edib

İran parlamentinin Müqavimət fraksiyasının üzvü, ultramühafizəkar qrupun üzvü Qasım Rəvanbaxş Amerika gəmilərinə sanksiyalar tətbiq etməyi təklif edib.

Gunaz.tv

"Əgər onlar bizim neft ixrac etməyimizə mane olmaq üçün bizə sanksiyalar tətbiq edəcəklərsə, biz də onların bölgədəki gəmilərinə sanksiya qoymalı və onların körfəzə neft almaq üçün girməsinə mane olmalıyıq.” - deyə Qasım Rəvanbaxş bildirib.

"Biz sanksiyaların aradan qaldırılması üçün danışıqlar aparırıq, amma sanksiyaların yalnız artdığını görürük." - de o fikirlərinə əlavə edib.

Qeyd edək ki, Amerika ilə İran arasındakı danışıqlar, Qasım Rəvanbaxşin iddia etdiyi kimi sanksiyaların aradan qaldırılması üçün yox,İranın nüvə proqramının ləğv edilməsi və ya nəzarət altına alınması üçün həyata keçirilir.

 

- Cəfər Cəfərli

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar