SON XƏBƏRLƏR

Pakistan itkilərini açıqladı

2025.05.13, 15:46
Pakistan itkilərini açıqladı

Hindistanla baş vermiş hərbi toqquşma nəticəsində Pakistanda 11 əsgər və 40 dinc sakin həlak ölüb.

Gunaz.tv

GünazTV Musavat.com-a istinadla xəbər verir ki, bu barədə Pakistan Ordusu məlumat yayıb.

Məlumatda bildirilir ki, daha 78 hərbçi və 121 mülki şəxs yaralanıb.

Xatırladaq ki, Hindistan mayın 6-da Pakistanda qarşı “Sindur” əməliyyatına başlayıb. Bundan sonra rəsmi İslamabad da əks addımlar ataraq mayın 10-na keçən gecə Hindistana qarşı “Bunyan um Marsus” (“Möhkəm divar”) adlı hərbi əməliyyata başlayıb.

Tərəflər arasındakı gərginlik aprelin 22-də Pahalqamda 26 nəfərin ölümü ilə nəticələnən turistlərə qarşı hücumdan sonra başlayıb. Hindistan hadisəyə görə Pakistan kəşfiyyatını günahlandırıb.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar