SON XƏBƏRLƏR

Tramp: Amerika və İran nüvə proqramı ilə bağlı sazişin bağlanmasına yaxındır

2025.05.15, 11:27
Tramp: Amerika və İran nüvə proqramı ilə bağlı sazişin bağlanmasına yaxındır

Amerika və İran nüvə proqramı ilə bağlı sazişin bağlanmasına yaxındır.

Gunaz.tv

Bu sözləri Amerikanın prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.

"Biz razılığa çox yaxınıq. Yəqin ki, bu gün İranın şərtləri qəbul etməsi ilə bağlı xəbəri oxumusunuz." - deyə Tramp bildirib.

Tramp deyib ki, onun məqsədi İranın nüvə silahı yaratmasının qarşısını almaq, eyni zamanda əlaqələri yaxşılaşdırmaq imkanını təklif etməkdir.

"Mən onların uğur qazanmalarını istəyirəm. Açığı, böyük bir ölkə olmalarını istəyirəm. Amma onların nüvə silahı ola bilməz. Bu, yeganə şərtdir."- o əlavə edib.

Tramp açıqlamasında bir daha qarşıda iki yolun, danışıqlar və ya savaş yolunun olduduğunu xatırladıb.

 

- Cəfər Cəfərli

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar