SON XƏBƏRLƏR

İran uranın zənginləşdirilməsini məhdudlaşdırmağa hazırdır

2025.05.15, 11:36
İran uranın zənginləşdirilməsini məhdudlaşdırmağa hazırdır

Tehran Amerika sanksiyalarının ləğvi müqabilində zənginləşdirilmiş urandan imtina etməyə və nüvə proqramı ilə bağlı sərt məhdudiyyətləri qəbul etməyə hazırdır.

Gunaz.tv

Bunu Əli Xameneinin müşaviri Əli Şamxani NBC telekanalına müsahibəsində deyib.

O bildirib ki, Amerika bütün iqtisadi sanksiyaları aradan qaldırmağa razılaşarsa İran uranın silah səviyyəsinə qədər zənginləşdirilməsini dayandıracaq, ehtiyatlarını azaldacaq və beynəlxalq yoxlamalara icazə verəcək.

İranın dərhal belə bir müqavilə imzalayıb-imzalamayacağı sualına Şamxani “Hə” cavabını verib.

"Əgər amerikalılar dedikləri kimi hərəkət etsələr, şübhəsiz ki, bizim daha yaxşı münasibətlərimiz ola bilər. Bu, yaxın gələcəkdə daha yaxşı vəziyyətə gətirib çıxara bilər." - deyə o bildirib.

 

- Cəfər Cəfərli

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar