SON XƏBƏRLƏR

Pezeşkian İranın nüvə razılaşmasına hazır olması barədə Trampın açıqlamalarını sadəlövhlük adlandırıb

2025.05.15, 12:54
Pezeşkian İranın nüvə razılaşmasına hazır olması barədə Trampın açıqlamalarını sadəlövhlük adlandırıb

İran Prezidenti Məsud Pezeşkian Amerika Prezidenti Donald Trampın Tehran və Vaşinqton arasında nüvə razılaşması ilə bağlı danışıqlarda irəliləyişin olması barədə açıqlamalarının sadəlövhlük olduğunu bildirib.

Gunaz.tv

Pezeşkian bununla Trampın iki ölkənin "razılaşma əldə etməyə yaxın olması" barədə sözlərini təkzib edib.

O vurğulayıb ki, Tehran xarici təzyiq qarşısında geri çəkilməyəcək.

"Əgər o, regionumuza gələrək bizi təhdid edə biləcəyini, bizimsə öz prinsiplərimizdən imtina edəcəyimizi düşünürsə, sadəlövhdür. Biz heç vaxt ləyaqətimiz mövzusunda sövdələşməyəcəyik", - prezident bildirib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar