SON XƏBƏRLƏR

İranlı millət vəkili: Amerika zənginləşdirməyə qarşı çıxırsa, onda danışıqlar mənasızdır

2025.05.19, 15:24
İranlı millət vəkili: Amerika zənginləşdirməyə qarşı çıxırsa, onda danışıqlar mənasızdır

Əgər Vaşinqtonun İran tərəfindən uranın hər hansı səviyyədə zənginləşdirilməsinə qarşı çıxması Amerika hökumətinin rəsmi mövqeyini əks etdirirsə, onda nüvə danışıqları mənasızdır.

Gunaz.tv

Bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sözçüsü İbrahim Rzayi deyib. O bu barədə özünün sosial media hesabında paylaşım edib:

"Uitkofun zənginləşdirmə əleyhinə açıqlamaları Amerika hökumətinin qəti mövqeyini ifadə edirsə, danışıqların davam etdirilməsi mənasız və əbəsdir." - deyə o bildirib.

Rezai əlavə edib ki, İran öz torpağında uranı zənginləşdirmək hüququ ilə bağlı danışıqlara aparmayacaq və raket, pilotsuz təyyarə və müdafiə imkanları ilə bağlı heç bir güzəştə getməyəcək.

 

- Cəfər Cəfərli

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar