SON XƏBƏRLƏR

Nüvə danışıqları iflasa uğrayarsa İranın yedək planı yoxdur

2025.05.21, 13:59
Nüvə danışıqları iflasa uğrayarsa İranın yedək planı yoxdur

Amerika və Avropa ilə nüvə danışıqları iflasa uğrayarsa, İranın rəhbərliyinin tutarlı geri çəkilmə strategiyası yoxdur.

Gunaz.tv

Bu barədə üç İran rəsmisi "Reuters"ə bildirib.

Mənbələr İranın Çin və Rusiyaya müraciət etmək imkanın olduğunu bildirsələr də, Çinin Amerika ilə iqtisadi mübarizəsi və Rusiya-Ukrayna savaşı üzündən bu variantı zəif hesab ediblər.

Rəsmilərdən biri “Sərbəst neft satışı və vəsaitlərə çıxışı təmin etmək üçün sanksiyalar ləğv edilmədən İran iqtisadiyyatı bərpa oluna bilməz.” deyib.

Hər üç mənbə vurğulayıb ki, Tehran Qərbin tələblərinə müqavimət göstərsə də, hazırda böhranın qarşısını almaq üçün yeni razılaşmadan daha yaxşı variantı yoxdur.

 

- Cəfər Cəfərli

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar