SON XƏBƏRLƏR

İran parlamenti: İran nüvə proqramından imtina etməyəcək

2025.05.21, 14:07
İran parlamenti: İran nüvə proqramından imtina etməyəcək

İran heç vaxt nüvə proqramından imtina etməyəcək.

Gunaz.tv

Bunu parlamentin rəyasət heyətinin üzvü Məhəmməd Rəşidi millət vəkillərinin bəyanatını oxuyarkən deyib.

"İran heç vaxt nüvə silahının ardınca getməyib və öz dinc nüvə fəaliyyətindən imtina etməyəcək." - deyə o bildirib.

Bəyanat oxunduqdan sonra parlament üzvləri “Amerikaya ölüm” və “İsrailə ölüm” şüarları səsləndiriblər.

Qeyd edək ki, istər Amerika kəşfiyyatının, istərsə də Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin məlumatlarına görə, İran uranı dinc məqsədlər üçün gərək olandan qat-qat artıq zənginləşdirib və qısa müddətdə nüvə silahı əldə edə bilər.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar