SON XƏBƏRLƏR

Amerika İrana zənginləşdirilməni dayandırmaqla bağlı şərtlər siyahısı təqdim etməyə hazırlaşır.

2025.05.30, 13:21
Amerika İrana zənginləşdirilməni dayandırmaqla bağlı şərtlər siyahısı təqdim etməyə hazırlaşır.

Yüksək rütbəli Amerika rəsmisinin sözlərinə görə, nüvə danışıqları həssas fazaya girdiyi və İsrailin hərbi planları ilə bağlı narahatlıqların artdığı bir vaxtda Birləşmiş Ştatlar İrana uranın zənginləşdirilməsinə son qoymağı tələb edən ətraflı şərtlər siyahısı təqdim etməyə hazırlaşır.

Gunaz.tv

"Wall Street Journal"a danışan rəsmi, Vaşinqtonun təklifinin potensial razılaşma üçün əsas prinsipləri əks etdirdiyini söyləyib.

“Əgər onlar bu şərtləri qəbul etməsələr, bu, iranlılar üçün yaxşı olmayacaq.” - deyə adı açıqlanmayan rəsmi bildirib.

Danışıqlar aprelin 12-də başlayandan bəri hər iki tərəfin müzakirəçiləri beş dəfə görüşdülər, ancaq İranın uranı zənginləşdirmə imkanını özündə saxlaması tələbi danışıqları çıxılmaz hala salıb.

 

- Cəfər Cəfərli

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar