Bu barədə “Dadrasane Tikab” Telegram kanalı yazıb:
"Mayın 21-də kənd sakinlərinin Qızıl Qışlaq mədəni ilə bağlı şikayətindən sonra məhkəmə sistemindən göndərilmiş mütəxəssislərin iştirakı ilə təəssüf ki, mədən işçilərindən biri şikayətçi kəndlilərdən ikisinə hücum edərək onları döyüb." - deyə xəbərdə bildirilib.
Qeyd edək ki, Cavad Cəfəri Tikan Təpənin Qızıl Qışlaq kəndində kənd qəbiristanlığının ortasından yol çəkib və nəticədə xeyli sayda kənd sakinlərinin məzarını dağılıb.
Bununla əlaqədar olaraq, Qızıl Qışlaq kəndinin camaatı əvvəllər kənd təsərrüfatı torpaqlarının zəbt edilməsinə və mədənçilərin Qızıl Qışlaq kəndinin qəbirlərini zəbt etməsinə etiraz olaraq Tikan Təpədə cümə namazlarından sonra eyləmlər keçirib etiraz plakatları qaldırıblar.
"Bu mədən Qızıl Qışlaq kəndinin yaxınlığında yerləşir və mədənçilərin fəaliyyəti kəndin, bağların, qəbiristanlığın geniş şəkildə dağıdılmasına səbəb olub. Digər tərəfdən, mədən işləri ilə əlaqədar kəndin su bulaqları da quruyub." - deyə kənd sakinləri bir müddət əvvəl mətbuata açıqlamalarında bildiriblər
C