SON XƏBƏRLƏR

Reuters: İsrail İranda rejimi dəyişməyi hədəfləyir

2025.06.14, 15:17
Reuters: İsrail İranda rejimi dəyişməyi hədəfləyir

İsrailin nüvə obyektlərini və əsas hərbi xadimləri hədəf alan İrana qarşı son hava hücumlarının iki əsas hədəfi var. Məqsəd təkcə İranın nüvə proqramını zəiflətmək də, həm dəİslam Respublikası hakimiyyətini laxlatmaqdır.

Gunaz.tv

Reuters yüksək vəzifəli məmurların hədəfə alınmasını İran rəhbərliyini dəstəkləyən təhlükəsizlik aparatını sarsıtmaq cəhdi kimi şərh edir.

Qeyd edək ki, İsrailin baş naziri Benyamin Netanyahu İran xalqına birbaşa müraciət edərək, Lübnan və Suriyada siyasi dəyişikliklərə səbəb olan keçmiş İsrail əməliyyatlarını xatırladaraq, onları rejimə qarşı ayağa qalxmağa çağırıb.

Bununla belə, ekspertlər xəbərdarlıq edir ki, İran daxilində İsrailə qarşı köklü müxalifət və güclü daxili təhlükəsizlik qüvvələri hökumətin devrilməsini çətinləşdirir. Təhlilçilər həmçinin deyirlər ki, İsrail təkbaşına İranın nüvə proqramını tam ləğv etmək qabiliyyətinə malik deyil və bunun üçün Amerikanın əməkdaşlığına ehtiyac var.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar