İsrail Müdafiə Qüvvələrinin (IDF) bəyanatına görə, zərbə nəticəsində İnqilab Keşikçiləri Korpusunun kəşfiyyat bölməsinin rəhbəri Məhəmməd Kazımi, onun müavini Məhəmməd Həsən Muhəqqeq, həmçinin Qüds Qüvvələrinin kəşfiyyat idarəsinin rəisi və müavini Möhsün Baqiri və Əbu əl-Fəzl Nikoyi həlak olub.
“Bu şəxslər İsrail, Qərb və region ölkələrinə qarşı terror əməliyyatlarının planlaşdırılmasında mərkəzi rol oynayıblar.” - deyə IDF-in bəyanatında qyed edilib.
İsrail ordusu əlavə edib ki, zərbə İranın kəşfiyyat imkanlarına ciddi ziyan vurub.
- Cəfər Cəfərli