SON XƏBƏRLƏR

Tramp: İrana zərbələr dünyaya güclü mesaj oldu

2025.07.09, 10:30
Tramp: İrana zərbələr dünyaya güclü mesaj oldu

Amerika prezidenti və müdafiə naziri İranda üç nüvə obyektini hədəf alan hərbi əməliyyatın Amerikanın düşmənləri də daxil olmaqla, dünyaya güclü mesaj olduğunu bildirib.

Gunaz.tv

Tramp bu barədə Nazirlər Kabinetinin iclasında danışıb.

"Bizim düşmənlərimiz izləyirdi. Onlar bunun hər dəqiqəsini izləyirdilər. Bu, uzun müddətdir görmədiyimiz mükəmməl hərbi performans idi." - deyə Tramp bildirib.

"Bununla biz dünya səhnəsində Amerikanın gücünü göstərmiş olduq. Bundan payını alan təkcə Fordo, Natanz və İsfahan deyil, bütün dünyaya mesaj verildi." - Pit Heqset qeyd edib.

Qeyd edək ki, İyunun 22-də baş verən zərbələr İranın üç əsas nüvə obyektini bunker-bombalarla hədəfə alıb. Müxalif cinah tərəfindən əməliyyatın uğurlu olması sorğulansa da Donald Tramp əməliyyatın mükəmməl keçdiyini bildirib.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar