SON XƏBƏRLƏR

Tramp daha çox səlahiyyət istəyir

2025.07.10, 09:41
Tramp daha çox səlahiyyət istəyir

Amerika prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi haqqında qanun layihəsini yalnız səlahiyyətlərinin genişləndiriləcəyi təqdirdə dəstəkləməyə hazırdır.

Gunaz.tv

Günaz TV Report-a istinadən xəbər verir ki, bu barədə "Politico" qəzeti Ağ Evdəki mənbələrə istinadən bildirib.

Nəşr qeyd edir ki, qanun layihəsi hazırkı formasında prezidentə "Rusiya nefti və uranı alan ölkələrə qarşı 500 faizlik rüsumları 180 gün müddətinə ləğv etmək" imkanı verir. Eyni zamanda, layihənin həmmüəllifi olan senator Lindsi Qrem (Cənubi Karolina ştatından respublikaçı - red.) layihəni elə şəkildə yenidən nəzərdən keçirməyə razılaşıb ki, Trampın Konqresin icazəsi ilə rüsumları təkrar ləğv etmək imkanı olsun.

Qəzetin məlumatına görə, dövlət başçısı qanun layihəsini yalnız "daha çox nəzarət əldə edəcəyi" təqdirdə "imzalamağa hazırdır".

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar