SON XƏBƏRLƏR

Tramp İranlı rəsmini məsxərəyə qoyub

2025.07.10, 12:33
Tramp İranlı rəsmini məsxərəyə qoyub

Amerika prezidenti Donald Tramp Laricaninin təhdidlərini məsxərəyə qoyub və ciddi qəbul etməyib.

Gunaz.tv

İranın Ali Rəhbərinin keçmiş baş müşaviri Məhəmməd-Cavad Laricani İran dövlət televiziyasına verdiyi açıqlamada “Tramp elə bir şey edib ki, Mar-a-Laqoda daha günəş vannası qəbul edə bilməyəcək” deyib.

"O, mədəsini günəşə tərəf tutaraq orada yatarkən kiçik bir dron onun göbəyinə dəyə bilər. Bu, çox sadədir." - İki qardaşı İslam Respublikasının ən qüdrətli siyasi fiqurlarından olan Laricani bildirib.

"Fox News" jurnalisti bu təhdid ilə bağlı Donald Trampa sual ünvanlayıb və bunun nə qədər real təhlükə olmasını soruşub.

"Hə, bu bir təhdiddir, ancaq mən bunun elə də ciddi bir şey olduğunu düşünmürəm. Bəlkə də yeddi yaşımdan bəri günəş vannası qəbul etmirəm." - deyə Tramp suala cavab verib.

Bundan əvvəl İranlı din xadimləri müsəlmanları münaqişə zamanı İranın ali lideri Əli Xamneyini təhdid etdiklərinə görə qisas almaq üçün Tramp və İsrailin baş naziri Benyamin Netanyahunu öldürməyə çağırıblar.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar