SON XƏBƏRLƏR

Donald Tramp Rusiyanın dondurulmuş aktivlərini Ukraynaya yardım üçün istifadə edə bilər

2025.07.14, 09:53
Donald Tramp Rusiyanın dondurulmuş aktivlərini Ukraynaya yardım üçün istifadə edə bilər

Moskvaya qarşı yeni sanksiyalar haqqında qanun layihəsinin müəllifləri olan amerikalı senatorlar hesab edirlər ki, Amerika prezidenti Donald Tramp dondurulmuş Rusiya aktivlərindən Ukraynaya kömək etmək üçün istifadə edə bilər.

Gunaz.tv

Bu barədə senator Lindsi Grem CBS televiziyasına müsahibəsində deyib.

“Mən prezidenti qabaqlamaq istəmirəm, amma dondurulmuş aktivlərlə bağlı xəbərləri izləyin. Avropalılar bu aktivlərdən əldə olunan gəlirləri Ukraynaya köçürməklə kifayətlənmək istəyirlər. Amerikanın maliyyə naziri Skott Bessent daha da irəli getmək istəyir. Dondurulmuş aktivlərə qarşı daha aqressiv tədbirlər görmək planları ilə bağlı xəbərləri izləyin”, - deyə o bildirib.

Senator Riçard Blyumental öz növbəsində əlavə edib ki, avropalılar Rusiyanın dondurulmuş aktivlərinə çıxış əldə edə bilərlər: “Onlar bu aktivlərin ən azı bir hissəsi ilə, əldə etdikləri milyardlarla dollar gəlirlə məşğul olmaq üçün planlar hazırlayırlar. Amerikada dondurulmuş Rusiya aktivlərinin 5 milyard dolları da istifadə oluna bilər”.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar