SON XƏBƏRLƏR

Marağa və Əcəbşir nümayəndəsi xəbərdarlıq edir: Agentliklər və banklar investorları bu iki bölgədən uzaqlaşdırır

2025.07.17, 12:41
Marağa və Əcəbşir nümayəndəsi xəbərdarlıq edir: Agentliklər və banklar investorları bu iki bölgədən uzaqlaşdırır

Marağa və Əcəbşir əhalisinin nümayəndəsi Fərid Musəvi Şərqi Azərbaycan valisinə rəsmi məktub göndərərək, bu iki mahalda sərmayə qoyuluşunun kritik vəziyyətdə olması ilə bağlı xəbərdarlıq edib.

Gunaz.tv

Musəvi bu məktubda kənd təsərrüfatı, sənaye, turizm və mədən kimi sahələrdə yüksək iqtisadi imkanlarına baxmayaraq, Marağa və Əcəbşirdə yüksək işsizlik səviyyəsinə işarə edərək, əyalətdə sərmayəçilərə qarşı düzgün olmayan rəftarın bölgənin iqtisadi gələcəyi üçün ciddi həyəcan siqnalına çevrildiyini vurğulayıb.

O, agentliklərin və bankların investorlara qarşı fəaliyyətini açıq şəkildə tənqid edib.

Bu məktubda Bavarvira şirkətinin turizm layihəsi, Marağa Aqro-Sənaye Kompleksi, Parsian Şirkətinin əlvan metallar sahəsindəki layihəsi, Dareh Qoşayeş layihəsi, Marağa Xüsusi İqtisadi Zonası, Əxəavan İsfəndiyari və Abdul Rəzzaqın polad layihəsi kimi proqramlar misal olaraq göstərilib.

Musəvi Şərqi Azərbaycan valisindən bu layihələrin qarşısında duran inzibati və maliyyə maneələrinin aradan qaldırılması üçün aydın və qəti əmrlər verməsini və valiliyin yekun nəticə əldə olunana qədər prosesi davamlı şəkildə izləməsini istəyib.

"İmkanlar itirilir, investorlar geri qayıdır və insanlar həmişəkindən daha çox ciddi tədbirlər gözləyirlər." - deyə Musəvi bildirib.

Xatırladaq ki, 2022-ci ilin may ayının əvvəllərində Təbriz cümə namazının rəhbəri Məhəmməd Əli Əl-Haşem də Şərqi Azərbaycanın maliyyə resurslarının Tehrana köçürülməsini tənqid etmişdi: "Bank vəsaitləri əyalət resurslarını mənimsəyir, lakin onları mərkəzə verir və bu, əyalət resurslarının azalmasına səbəb olur."

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar