SON XƏBƏRLƏR

Britaniyalı nümayəndələr SEPAH-ın terror təşkilatı elan edilməsini stədi

2025.07.25, 15:53
Britaniyalı nümayəndələr SEPAH-ın terror təşkilatı elan edilməsini stədi

Britaniya parlamentinin bir qrup üzvü, İcmalar Palatasının Xarici Əlaqələr Komitəsinin İsrail-Həmas müharibəsi və İranın bu qruplara dəstəyi barədə hesabatının dərcindən sonra SEPAH-ın terror təşkilatı elan edilməsini tələb ediblər.

Gunaz.tv

Onlar bununla bağlı Baş nazir Keir Starmerə məktub yazıblar.

"İran İnqilab Keşikçiləri Korpusu yalnız hərbi güc deyil, həm də İran İslam Respublikasının ideoloji mühərrikidir",- iyulun 24-də yayımlanan məktubda bildirilib.

Onlar qeyd ediblər ki, SEPAH radikal "Mehdiçilik" doktrinasına inanır:

"Bu ideologiyanın məqsədi isə qiyamət döyüşü ilə yəhudiləri, xristianları, İsraili və Qərb ölkələrini məhv etməkdir".

Məktubda vurğulanıb ki, antisemitizm SEPAH üçün dünyagörüşü və əməliyyat məqsədlərinin əsasını təşkil verən hədəfdir, bu ideologiya Livan Hizbullahı və HƏMAS kimi terrorçu qruplara maddi dəstək verməklə genişləndirilir.

Həmçinin məktubda qeyd olunub ki, İnqilab Keşikçiləri Britaniyada yaşayan iranlı jurnalistlərə və müxaliflərə qarşı bir neçə sui-qəsd və təhdid planlarında iştirak edib, Britaniyanın siyasi və ictimai institutlarına nüfuz etməyə çalışıb.

Məktubu imzalayanlar hökumətdən İnqilab Keşikçilərini tam şəkildə terror təşkilatı elan etmək üçün zəruri qanunvericiliyin dərhal təqdim edilib qəbul olunmasını tələb ediblər:

“Britaniya xarici dövlətlər tərəfindən dəstəklənən radikalizm üçün təhlükəsiz məkana çevrilməməlidir”.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar