Ətraf mühit fəallarının bildirdiyinə görə, yük maşınlarının fəaliyyəti faydalı qazıntıların çıxarılması və ya göl yatağından müəyyən resursların köçürülməsi ilə bağlı ola bilər. Bəzi təsdiqlənməmiş hesabatlar da bu sahədən litium və ya digər qiymətli elementlərin çıxarılmasını göstərir.
Məsələ ilə bağlı rəsmilər hələ dəqiq açıqlama verməyib.
2022-ci ilin agustunda İranın rəsmi dövlət xəbər agentliyi olan İRNA Urmu gölündə böyük litium ehtiyatlarının olması barədə məlumat yayıb və bəzilərinin fikrincə Urmu gölünün qurudulmasının səbəblərindən biri bu nadir metalın çıxarılmasından gəlir əldə etmək məqsədidir. Eyni zamanda, İranın Geoloji və Mineral Kəşfiyyat Təşkilatının rəhbəri Urmu gölünün tərkibində litium olduğunu və Çin şirkətlərinin göldən duzlu su çıxarmaq üçün icazə istədiklərini açıqlayıb.
Xatırladaq ki, Azərbaycanın fəalları uzun müddətdir ki, İran hökumətinin Urmu gölünün dibindəki titan və litium ehtiyatlarını talamaq və Azərbaycan xalqını ölkənin mərkəzi bölgələrinə köç etməyə məcbur etmək üçün məqsədli şəkildə gölü qurutmağa çalışdığını bəyan edirlər.
C