SON XƏBƏRLƏR

Tramp: Netanyahuya HƏMAS-la "fərqli davranmağı" məsləhət görmüşəm

2025.07.28, 17:10
Tramp: Netanyahuya HƏMAS-la "fərqli davranmağı" məsləhət görmüşəm

Amerika Prezidenti Donald Tramp İsrailin Baş naziri Binyamin Netanyahuya HƏMAS-la mübarizədə "fərqli davranmağı" məsləhət gördüyünü bildirib.

Gunaz.tv

Tramp bunu Şotlandiyanın Ternberri qolf klubunda Böyük Britaniyanın Baş naziri Kir Starmerlə danışıqlardan əvvəl bildirib.

Tramp HƏMAS-ın "tamamilə dəyişdiyini" və sağ qalan 20-yə yaxın israilli girovu azad etmək, öldürülənlərin meyitlərini qaytarmaq istəmədiyini və bunun son dərəcə ədalətsiz olduğunu deyib.

O, həmçinin Qəzza zolağının dərhal ərzaqla təmin edilməsinə çağırıb.

"Atəşkəs mümkündür. Müharibəyə son qoymaq lazımdır", - Prezident vurğulayıb.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar