SON XƏBƏRLƏR

83 gün davam edən hüquqi mübarizədən sonra "Elhan" adına doğum haqqında şəhadətnamə almaq mümkün olub

2025.07.31, 10:45
83 gün davam edən hüquqi mübarizədən sonra "Elhan" adına doğum haqqında şəhadətnamə almaq mümkün olub

83 gün davam edən hüquqi mübarizədən sonra Şərqi Azərbaycan əyalətinin Şəbüstər mahalının Sufian şəhərindən olan Vəlizadə ailəsi Təbriz Vətəndaşlıq Dairəsi İdarəsindən yeni doğulan övladlarına "Elhan" adı üçün doğum haqqında şəhadətnamə almağa nail olub.

Gunaz.tv

Məsələ ilə bağlı ailənin qohumu Mürtəza Nurməhəmmədi Nadarlı Balamın Adı kampaniyasına danışıb.

"Uşaq 2025-ci il mayın 6-da dünyaya gəlib və ana-atası onun üçün Elhan adını seçiblər. Ancaq bu ad vətəndaşlıq qeydiyyatı ad seçim sistemində mövcud deyildi. Uşağın valideynləri də vəkil tutaraq qanuni yolla öz hüquqlarını qorudular və 83 gün davam edən hüquqi mübarizədən sonra Vətəndaşlıq Qeydiyyatı Şöbəsini bu ada doğum haqqında şəhadətnamə verməyə məcbur edə bildirlər. Təbrizin vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı orqanları uşağı 3 ay şəxsiyyət vəsiqəsisiz saxlamaqla ailənin üzərinə ağır yük qoyub və problemlərə səbəb olub. Hüquqi proseslərə xərclənən vəsaitdən əlavə ailə uşağın sığorta tərəfindən qarşılanmalı olan ehtiyaclarını da öz cibindən ödəməli olub." - deyə o bildirib.

Qeyd edək ki, rejimin ana-ataları Türk adları seçməkdən yayındırmaq üçün əl atdığı yollardan biri də onları süründürməçiliyə salmaq, gedişatı uzatmaq və onları bezdirməkdir. Bu yol ilə rejim ana-ataları xərclərdən və get-gəllərdən yayınmaq xətrinə "İranlı" adlar seçməyə sövq etməyə çalışır.

Ekspertlər hesab edirlər ki, bu ayrı-seçkiliyə son qoymağın yolu “Vətəndaşlıq qeydiyyatı haqqında” qanunun 20-ci maddəsinə dəyişiklik etməklə “valideynlərin adını seçmək hüququnu” təmin etməkdir.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar