SON XƏBƏRLƏR

Tramp: Amerika Rusiya ilə nüvə müharibəsinə hazırdır

2025.08.02, 09:03
Tramp: Amerika Rusiya ilə nüvə müharibəsinə hazırdır

Amerika prezidenti Donald Tramp ölkəsinin Rusiya ilə potensial nüvə müharibəsinə hazır olduğunu bildirib.

Gunaz.tv

bu barədə o, “Fox News”a müsahibəsində bildirib.

“Medvedev (Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev - Qeyd) nüvə silahı haqqında danışmağa başladı və nüvə silahına gəldikdə, biz hazır olmalıyıq. Biz isə tam hazırıq, - Ağ Evin rəhbəri bildirib.

Qeyd edək ki, Amerika Prezidenti Donald Tramp iki atom sualtı qayığının Rusiya yaxınlığında yerləşdirilməsinə dair əmr verib.

O, bu addımı Rusiyanın keçmiş prezidenti, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin son bəyanatından sonra atdığını bildirib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar