SON XƏBƏRLƏR

Tramp: Amerikanın iki nüvə sualtı qayığı lazım olan bölgəyə çatıb

2025.08.04, 10:58
Tramp: Amerikanın iki nüvə sualtı qayığı lazım olan bölgəyə çatıb

Prezident Donald Trampın əmri ilə yeri dəyişdirilən Amerikanın iki nüvə sualtı qayığı artıq təyin olunmuş əraziyə çatıb.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, bu barədə amerikalı lider Bedminsterdən (Nyu Cersi) Vaşinqtona uçmazdan əvvəl jurnalistlərə bildirib.

“Onlar artıq regiondadırlar, lazım olan yerdədirlər”, - Tramp bildirib.

Bundan əvvəl o, “Newsmax” telekanalına müsahibəsində sualtı qayıqların Rusiyaya daha yaxın yerləşdiriləcəyini qeyd etsə də, onların dəqiq yerini açıqlamaqdan imtina edib. Ağ Evin rəhbəri yerdəyişmə qərarını Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin sərt bəyanatlarına cavab vermək zərurəti ilə izah edib.

Qeyd edək ki, Medvedev iyulun 28-də demişdi ki, Amerika lideri Moskva ilə “ultimatum oyunu” oynayır. Onun sözlərinə görə, Tramp başa düşməlidir ki, Rusiya tərəfi nə İsrail, nə də İrandır və Moskva hər yeni təhdidi ABŞ ilə müharibəyə doğru növbəti addım kimi qiymətləndirir.

Tramp isə öz növbəsində Medvedevi Rusiyanın uğursuz keçmiş prezidenti adlanıdırıb.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar