SON XƏBƏRLƏR

Ağ Ev Hindistanı Ukraynadakı münaqişəni maliyyələşdirməkdə ittiham edib

2025.08.04, 11:08
Ağ Ev Hindistanı Ukraynadakı münaqişəni maliyyələşdirməkdə ittiham edib

Ağ Ev rəhbərinin müavini Stiven Miller Amerika prezidenti Donald Trampın Hindistanın Rusiya neftini almaqla Ukraynadakı münaqişəni maliyyələşdirdiyinə inandığını iddia edib.

Gunaz.tv

Bu barədə Miller “Fox Business”ə müsahibəsində deyib.

“O (Tramp – Qeyd) Hindistanın Rusiyadan neft almaqla bu müharibəni maliyyələşdirməsinin qəbuledilməz olduğunu açıqlayıb”, - Miller deyib.

Millerin sözlərinə görə, Amerika administrasiyası diplomatik, maliyyə və digər vasitələrdən istifadə etməklə Ukraynada münaqişənin sülh yolu ilə həllinə nail olmaq istəyir.

Tramp daha əvvəl deyib ki, Hindistan Amerika ilə ticarət sazişi bağlamaq üçün Rusiyadan neft almağı dayandıracaq.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar