SON XƏBƏRLƏR

"Financial Times" İranın nüvə agentlərinin Rusiyaya gizli səfəri haqqında hesabat yayımlayıb

2025.08.06, 12:56
"Financial Times" İranın nüvə agentlərinin Rusiyaya gizli səfəri haqqında hesabat yayımlayıb

“Financial Times” İranın nüvə agentlərinin bir il əvvəl, 2024-cü ilin avqustunda nüvə silahı istehsalı ilə bağlı texnologiyalar sahəsində fəaliyyət göstərən obyektlərə baş çəkmək üçün gizli səfərlə Rusiyaya getdiyini bildirib.

Gunaz.tv

Rəsmi məktublar, səyahət sənədləri və müxtəlif şirkət qeydləri əsasında hazırlanan hesabata görə, “nüvə alimi” kimi bilinən İranın nüvə agenti Əli Kəlvənd düz bir il əvvəl 4 avqust 2024-cü ildə Tehranda yerləşən bir məsləhətçi firmanın işçisi qiyafəsində dörd nəfərlə birlikdə Moskvaya səfər edib.

Hesabatda vurğulanır ki, bu şəxslərin hamısı Rusiyaya səfərə cəmi bir neçə həftə qalmış əldə etdikləri diplomatik pasportlarla daxil olublar.

Məlumata görə, şəxslər Moskvada olduqları müddətdə ikili təyinatlı texnologiyaların - həm mülki, həm də nüvə silahı tədqiqatları ilə bağlı texnologiyaların istehsalında fəal olan Rusiya elmi institutuna baş çəkiblər.

“The Financial Times” yazır ki, Kəlvənd səfərdən əvvəl rusiyalı nüvə aliminə məktub göndərərək, səfərin məqsədinin “elektron cihazların yaradılmasının texniki və istehsalat aspektlərini müzakirə etmək və razılaşdırmaq” və “elmi əməkdaşlığı genişləndirmək üçün potensial ümumi yolları araşdırmaq” olduğunu bildirib. Bununla belə, "Financial Times"ın nəzərdən keçirdiyi sənədlərə görə, nümayəndə heyətinin Rusiyaya səfərinin ikinci məqsədi radioaktiv materialların əldə edilməsi olub.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar