SON XƏBƏRLƏR

Baş nazirin müavini: Rusiya "Tramp marşrutu"nun yaradılmasında Ermənistanı dəstəkləyir

2025.08.15, 11:24
Baş nazirin müavini: Rusiya "Tramp marşrutu"nun yaradılmasında Ermənistanı dəstəkləyir

Əgər İrəvan Zəngəzur dəhlizinin ("Tramp marşrutu") yaradılmasını zəruri hesab edirsə, Rusiya bu məsələdə Ermənistanı dəstəkləyir.

Gunaz.tv

Bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib.

"Biz bu müstəvidə məlum məsələni nəzərdən keçiririk. Ermənistan bizim strateji müttəfiqimizdir və əgər Ermənistan hesab edirsə ki, bu onlar üçün faydalıdır, təbii ki, biz də Ermənistanı dəstəkləyirik", - deyə o, vurğulayıb.

Bundan başqa, Overçukun bildirdiyinə görə, o, gələn həftə Ermənistana səfər edəcək.

Baş nazirin müavininin sözlərinə görə, o, Ermənistanın Avrasiya İqtisadi İttifaqındakı (Aİİ) işini müzakirə edəcək.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar