SON XƏBƏRLƏR

Məsud Pezeşkian Nyu-Yorka gedir

2025.08.18, 12:09
Məsud Pezeşkian Nyu-Yorka gedir

İran Prezidenti Məsud Pezeşkian Birləşmiş Millətlər Təşkilatının illik toplantısında iştirak etmək üçün sentyabrın 23-də Nyu-Yorka səfər edəcək.

Gunaz.tv

Bunu Prezident Aparatının Əlaqələr və informasiya məsələləri üzrə direktor müavini Seyyid Mehdi Təbatəbai deyib.

O, Prezidentin səfər zamanı Amerika rəsmiləri ilə görüşüb-görüşməyəcəyi barədə suala dəqiq cavab verə bilməyəcəyini bildirib:

"Düşünürəm ki, cənab Prezidentin BMT-yə səfəri sentyabrın 23-də baş tutacaq. İstər ölkədə, istərsə də diplomatiya sahəsində proseslərin tempi çox sürətlidir, ona görə də suala dəqiq cavab verə bilməyəcəyəm".

Təbatəbai Pezeşkianın Avropa liderləri ilə görüş keçirməsi ehtimalının olduğunu deyib:

“Nyu-Yorka səfər planları hazırlanır, avropalı rəsmilərlə görüşünə maneə və məhdudiyyət yoxdur” - deyə o bildirib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar