SON XƏBƏRLƏR

Məşhədə duzsuzlaşdırılmış dəniz suyu ötürüləcək

2025.08.18, 12:28
Məşhədə duzsuzlaşdırılmış dəniz suyu ötürüləcək

İsfahana Oman dənizindən suyun çəkilməsindən sonra, bənzər layihə Məşhəd üçün də həyata keçiriləcək.

Gunaz.tv

Rejimin səhlənkarlığı ucbaından Urmu gölünün tamamilə quruduğu və Təbrizə Araz çayında su çəkilməsi layihısi saəcə söz olaraq qaldığı bir vaxtda rejim indi də Məşhədə duzsuzlaşdırılmış dəniz suyu ötürməyi planlaşdırır.

Bununla əlaqədar Fars Xəbər Agentliyi hesabat dərc edib.

Məlumata görə, bu layihə ildə ümumi gücü 2,4 milyard kubmetr olan iki mərhələdə suyun çıxarılması və duzsuzlaşdırılmasını nəzərdə tutur.

Xatırladaq ki, rejim Azərbaycanın sərvətlərindən geniş şəkildə istifadə etsə də çıxarılan faydalı qazıntılar adətən farslar yaşayan bölgələrdə emal edilir. Bundan başqa faydalı qazıntı tədarükü prosesi olduqca köhnə və qeyri-standart üsullarla həyata keçirildiyinə görə ətraf-mühit bundan böyük ziyan çəkir. Bütün bunlara baxmayaraq rejim türklərin çoxluq olduğu bölgələrdə heç bir ciddi infrastruktur layihələri həyata keçirmir və bu azmış kimi əldə olan Urmu gölü kimi təbii sərvətlərin məhv olmasına yol açır.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar