SON XƏBƏRLƏR

Güney Azərbaycan türk xalqının rəmzlərinə qarşı

2025.08.29, 13:58
Güney Azərbaycan türk xalqının rəmzlərinə qarşı

İranın Rabitə və İnformasiya Texnologiyaları Naziri Seyid Səttar Haşiminin Urmu şəhərinə səfəri zamanı Urmu Bəkari Beynəlxalq Hava Limanında keçirilən qarşılanma mərasimində onu Azərbaycan milli geyimi geyinmiş qız qarşılayıb.

Gunaz.tv

Azərbaycanlı qızın paltarının rəngi və üzərində işlənmiş Ay-Ulduz simvolu Azərbaycan türk xalqının bir çox düşmənlərini qəzəbləndirib.

Belə ki, narkotik qaçaqmalçılığında əli olan, Avropa Birliyinin sanksiyalarına məruz qalan və xarici ölkələrdə İran rejiminin siyasi cinayətlərini həyata keçirən Naci Zindəşti daxil olmaqla Quzey və Güney Azərbaycan türklərinə qarşı düşmən mövqeyi ilə tanınan İran dövlət televiziyası şərhçisi Ehsan Movəhedian və onun kimi şəxslər bu hadisəyə etirazlarını bildiriblər.

Belə ki, adı çəkilən şəxslər özlərinin sosial media hesablarında bunula bağlı paylaşıb edərək iradlarını bildiriblər.

Xatırladaq ki, Avropa Birliyi 2025-ci ilin iyulunda Zindəştiyə “narkotik taciri və mütəşəkkil cinayət şəbəkəsinin rəhbəri” kimi sanksiya tətbiq edib. Sanksiyalar arasında aktivlərin dondurulması və Aİ-yə üzv dövlətlərə səyahət qadağası daxildir.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar