Azərbaycanlı tələbə 2024-cü il iyunun 18-da Təbriz Baş və İnqilab Prokurorluğunun 15-ci şöbəsinə getdikdən sonra həbs edilmiş və həbsxanaya köçürülmüşdür. Onun ölüm hökmü də həmin ilin fevralında çıxarılıb. Məlumatlara görə, hökmün verilməsinə əsas təhlükəsizlik hesabatları və prokurorun ittiham aktı olub.
Siyasi məhbusun yaxınları bildiriblər ki, qərar verilməsində onun müdafiəsi və vəkili nəzərə alınmayıb. Təhlükəsizlik qqüvvələri tələbənin ailəsini bu müddət ərzində iş haqqında məlumat verməkdən çəkindirmək üçün təzyiq altında saxlayıblar.
Ehsan Fəridi bundan əvvəl 2024-ci ilin martında həbs edilmiş və bir müddət sonra zaminə buraxılmışdı. Ardınca ona qarşı “rejim əleyhinə təbliğat” maddəsi ilə iş açılmış və o, 6 ay müddətinə həbs edilmişdi.
C