SON XƏBƏRLƏR

Ərdəbildə azı 3 nəfər həbs edilib

2025.08.30, 13:41
Ərdəbildə azı 3 nəfər həbs edilib

Ərdəbili reperlərin toplantısı təhlükəsizlik qüvvələrinin zorakılığı ilə başa çatıb.

Gunaz.tv

Cümə axşamı axşam saat 20:00-da bir neçə Ərdəbilli reper toplaşdıqdan və rep musiqisi ifa etdikdən sonra təhlükəsizlik qüvvələri toplantıya basqın edərək bir neçə Ərdəbili reperi həbs edib.

iştirak edən reperlərdən ən azı 3-nün həbs edildiyi bildirilir, onlardan birinin “Tayfun” (Mehdi, soyadı məlum deyil) ləqəbli reper olduğunu qeyd edilib. Qalan iştirakçılar isə zorakılığa məruz qalaraq dağılışıblar.

Bu hadisə Azərbaycanda rep musiqisi və digər sənət növlərinin hökumət tərəfindən sərt məhdudiyyətlərlə üzləşdiyini bir daha göstərir.

Qeyd edək ki, bir çox yerli rəssamlar rəsmi lisenziyaların olmamasından, senzuradan, təhlükəsizlik təzyiqindən və əsərlərini sərbəst sərgiləmək qadağasından əziyyət çəkirlər.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar