SON XƏBƏRLƏR

Kamran Əliyev Türkiyədə səfərdə olub

2025.09.02, 11:28
Kamran Əliyev Türkiyədə səfərdə olub

Sentyabrın 1-də Azərbaycan Respublikası Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti “2025-2026 Yeni Ədliyyə İli Açılış Tədbiri”ndə iştirak etmək üçün qardaş Türkiyə Respublikasının Ankara şəhərinə işgüzar səfər edib.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumat verilib.

Səfər çərçivəsində Kamran Əliyev Türkiyə Respublikasının Baş prokuroru Muhsin Şəntürk, Ali Məhkəmənin sədri Ömər Kərkəz, Ədliyyə naziri Yılmaz Tunç və başqa xarici həmkarları ilə görüşlər keçirib.

Görüşlərdə hüquqi əməkdaşlığın möhkəmləndirilməsi, təcrübə mübadiləsinin genişləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər üzrə səmərəli fikir mübadiləsi aparılıb.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar