SON XƏBƏRLƏR

Əhər bazarının girişinə Qara Xoruz elementinin quraşdırılıb

2025.09.02, 12:51
Əhər bazarının girişinə Qara Xoruz elementinin quraşdırılıb

Şəhər rəhbərliyinin səyləri ilə Əhərdə keçirilən iki böyük tədbir “Milli Qısa Teatr Festivalı” və "Varni Festivalı” ərəfəsində bazarın girişinə Qaradağ bölgəsinin mədəni və təbii simvolu kimi Qara Xoruz elementi quraşdırılıb.

Gunaz.tv

Bu addım Əhərin kimliyini və mədəni imkanlarını tanıtmaq, şəhər mühitinin vizual gözəlliyini yaxşılaşdırmaq və mədəni tədbirlərə ev sahibliyi etmək üçün uyğun platforma təmin etmək məqsədi ilə həyata keçirilib.

Qeyd edək ki, Qara xoruz dünyanın ən nadir quşlarından biridir və vətəni Azərbaycandır. Qaradağ meşələri də Qara xoruzun yeganə yaşayış yeri hesab olunur. Nəzarətsiz ov ucbatından bu gözəl quş nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar