SON XƏBƏRLƏR

Almaniyada Güney Azərbaycanlı fəalların etiraz mitinqi: Azərbaycanlı siyasi məhbusları azad edin

2025.09.04, 14:05
Almaniyada Güney Azərbaycanlı fəalların etiraz mitinqi: Azərbaycanlı siyasi məhbusları azad edin

Dünən, çərşənbə günü bir qrup Güney Azərbaycanlı milli fəal Almaniyanın Köln şəhərində etiraz eyləmi keçirib.

Gunaz.tv

Eyləm iştirakçıları əllərində İran rejiminin repressiv siyasətinə qarşı plakatlar tutaraq azərbaycanlı siyasi məhbusların dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasına çağırıblar.

Etirazçıların əllərində Təbriz Universitetində oxuyan azərbaycanlı tələbə Ehsan Fəridinin şəkli də olub və şəklin üzərində “Ehsan Fəridinin edam riski var” cümləsi yazılıb.

Mitinqdə həmçinin Güney Azərbaycan xalqının milli və insan haqları uğrunda mübarizənin davam etdirilməsi və İran İslam Respublikası rejiminin repressiv siyasətləri ictimaiyyətin diqqətinə çatdırılıb.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar